CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qafqaz Universitetinin adı dəyişdirildi

© Photo : STRBakıda Qafqaz Universitetinin binası
Bakıda Qafqaz Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq Neft məktəbinin idarəçiliyinə verilən təhsil ocağı "SOCAR University" adı altında fəaliyyət göstərəcək

BAKI, 1 sen — Sputnik. Uzun zamandır Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetinin bir müddət əvvəl bağlanaraq Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyi bəllidir. Artıq Neft məktəbinin idarəçiliyinə verilən universitetin adı, habelə loqosu dəyişdirilib. Sputnik fins.az-a istinadən xəbər verir ki, Qafqaz Universiteti yeni təhsil ilindən artıq "SOCAR University" adı altında fəaliyyət göstərəcək.

© Logo"SOCAR University"
SOCAR University - Sputnik Azərbaycan
"SOCAR University"

Qeyd edək ki, iyulun 20-də təsisçinin — SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.

Xəbər lenti
0