CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yağış gözlənilir

© Sputnik / Murad OrujovBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonlarda sentyabrın 02-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 1 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 02-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsəscək, gündüz mülayimləşəcək.

Leysan xarakterli yağışlar taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır - Sputnik Azərbaycan
Rayonlarda yağış və şimşək gözlənilir

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 02-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 13-17, gündüz 18-23 dərəcə isti olacaq.

Xəbər lenti
0