Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada Heydər Əliyevlə bağlı lahiyəyə start verildi

© Photo : Public DomainHeydər Əliyevə həsr olunmuş ESSE müsabiqəsinin afişası
Heydər Əliyevə həsr olunmuş ESSE müsabiqəsinin afişası - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul Allahverdili: «Layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında ulu öndərin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir"

BAKI, 1 sen — Sputnik. Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Ümümrusiya Azərbaycanlıları Konqresi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə 18 oktyabr — Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada, "Müasir Azərbaycanın memarı — Heydər Əliyev" mövzusunda esse müsabiqəsinə start verib.

© Photo : Toğrul Allahverdilinin şəxsi arxivindənASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdil
ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdil - Sputnik Azərbaycan
ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdil

ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili Sputnik-ə bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir: "Artıq üçüncü ildir ki, Ulu öndərlə bağlı müsabiqə keçiririk. Müsabiqə üçün yazı forması ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın Müstəqillik Günü mövzusundan ibarət olmalıdır".

Müsabiqəsində iştirak etmək istəyənlər esselərini 1 oktyabr 2016-cı il tarixinə kimi azslavmoscow@mail.ru və diasporaz_rf@mail.ru elektron poçtuna göndərə bilərlər. Qaliblərin mükafatlandırılma mərasimi 9 oktyabr 2016-cı il saat 17:00 da Azərbaycan İcması Evində keçriləcək.

Əlavə məlumat üçün:
+7 (926)363-51-51
+7 (926)328-41-21

Xəbər lenti
0