Türkiyə Silahlı Qüvvələri 25 terrorçunu məhv edib

© Photo : DHAtsk uçak pilot
tsk uçak pilot - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə hərbi aviasiyası Suriyanın Cerablus bölgəsində PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin mövqelərinə zərbə endirib.

BAKI, 28 avq-Sputnik. Türkiyə hərbi aviasiyası Suriyanın Cerablus bölgəsində PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin mövqelərinə zərbə endirib.

Sputnik Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata istinadla xəbər verir ki, buna səbəb YPG-nin Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusuna və Türkiyə hərbi qüvvələrinə atəş açılması olub.

Türkiyə qırıcı təyyarələri YPG qüvvələrinin istifadəyə etdiyi 5 binanı bombalayıb, 25 terrorçu məhv edilib. Baş Qərargah əməliyyatlar zamanı mülki şəxslərin zərər görməməsinə xüsusi diqqət yetirildiyini də bildirib.

Qeyd edək ki, dünən YPG silahlıları qumbaraatanla Cerablus şəhərinin cənubunda Türkiyə Silahlı Qüvvələrinin bir tankını vurub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb.

Xəbər lenti
0