22:30 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Türkiyə sərhəddən 15-20 km içəridə Azad Suriya Ordusu üçün baza və nəzarət məntəqələri quracaq.

BAKI, 26 avq-Sputnik. "Fırat Kalkanı" adlı əməliyyatla İŞİD və PKK-nın Suriyadakı qolu olan PYD təhlükəsinə müdaxilə edən Türkiyə, sərhəddən 15-20 km içəridə Azad Suriya Ordusu (ASO) üçün baza və nəzarət məntəqələri quracaq. 

Qısa müddətdə sayları 4 minə çatdırılacaq əsgərlər Suriyada müxaliflərə logistika dəstəyi verəcək.

Sputnik haberler-ə istinadla xəbər verir ki, "Fırat Kalkanı" adlı əməliyyatın ikinci günündə hərəkətli saatlar yaşanıb. Əməliyyata qatılan ümumi Türkiyə hərbçilərinin sayının 500 olduğu öyrənilib və onlar Cerablusdadır. 

Türkiyə Silahlı Qüvvələrinin havadan və qurudan dəstəklədiyi əməliyyatda Cerablus tamamilə nəzarət altına alınarkən qısa müddətdə bölgəyə gətiriləcək əsgər sayının 4 min olacağı öyrənilib.

Dünən tank və toplarla bölgəyə sövq edilən piyadalar ASO üçün qalıcı nəzarət nöqtələrinin yaradılmasına dəstək verəcəklər. Türkiyə əsgərləri birbaşa əməliyyatlara qatılmayacaqlar. 70 km sərhəd xəttində etibarlı bölgə yaradılacaq. Bölgə həm İŞİD-dən təmizlənəcək, həm də PYD-yə qarşı "Fırat Kalkanı" olacaq.

Türkiyə Silahlı Qüvvələrinin II Ordu komandanı, general-leytenant İsmayıl Mətin Təməl həmin əməliyyatı idarə edir və o, Cerablusa gedib.

Əlaqədar

Pentaqondan "Fırat Kalkanı" açıqlaması
Teqlər:
general-leytenant İsmayıl Mətin Təməl, Türkiyə Silahlı Qüvvələrinin II Ordu komandanı, Suriya, PKK, İŞİD, "Fırat Kalkanı"

Əsas mövzular