Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Putinə zəng edib

© AFP 2023 / ALEXANDER NEMENOVTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Bu dəfə Çində görüşəcəklər.

BAKI, 26 avq-Sputnik. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində qərarlı olduqlarını bir daha vurğulayıblar. Söhbət zamanı Suriya məsələsi diqqət mərkəzində olub, Hələbə humanitar yardımın çatdırılması ilə əlaqədar səylərin gücləndirilməsi barədə razılıq əldə edilib.

Ərdoğan Putinə Türkiyə ordusunun Cerablusu azad etmək üçün həyata keçirdiyi "Firat qalxanı" əməliyyatı barədə məlumat verib.

Türkiyə və Rusiya prezidentləri Çində keçiriləcək G-20 zirvəsində ikitərəfli görüş keçirmək barədə də razılığa gəliblər.

Xəbər lenti
0