12:01 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
1101

ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfəri çərçivəsində Çankaya köşkündə Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşüb.

BAKI, 24 avq-Sputnik. ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfəri çərçivəsində Çankaya köşkündə Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşüb.

Görüşdən sonra vitse-prezident və Baş nazir birgə mətbuat konfransı keçiriblər.

Türkiyədə dövlət çevrilişinə edilən cəhdə, ölkədə davam edən terror aktlarına, regional proseslərə toxunan Co Bayden bildirib ki, onun ölkəsi İŞID, PKK və digər terrorçu təşkilatların tam zərərsizləşdirilməsinin tərəfdarıdır.

Dövlət çevrilişi cəhdini pisləyən vitse-prezident qeyd edib ki, ABŞ hökuməti bu işdə əli olanların Türkiyə hökumətinə verilməsi üçün mümkün olan hər şeyi edəcək.

"Bizim hüquqşünaslar hazırda bu istiqamətdə türkiyəli həmkarları ilə birgə çalışırlar. Bütün məlumatlar araşdırılır"- deyə C.Bayden vurğulayıb.

Binəli Yıldırım Türkiyə hökumətinə verdiyi dəstəyə görə Co Baydenə minnətdarlığını bildirib.

Qeyd edək ki, Co Baydenin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir.

Əlaqədar

Co Bayden Fətullah Gülənin ekstradisiyasından danışdı
Co Bayden: ABŞ heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq
Co Bayden ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək
Co Bayden: Rusiyaya qarşı sanksiyalar gücləndirilə bilər
Bayden: Rusiyaya qarşı təzyiqi artırmaq lazımdır
Teqlər:
ABŞ, Türkiyə, baş nazir Binəli Yıldırım, ABŞ-ın vitse-prezidenti Co Bayden

Əsas mövzular