Səudiyyə Ərəbistanından qeyri-adi addım

© AFP 2023 / MOHAMMED AL-SHAIKHМусульманские паломники в Каабе. Архивное фото
Мусульманские паломники в Каабе. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Həcc ziyarəti ilə bağlı fövqəladə addım atılıb.

BAKI, 23 avq-Sputnik. Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanının əməkdaşı qoruyacaq.

Yerli KİV-in yaydığı məlumata görə, ölkə rəhbərliyi fövqəladə halların qarşısının alınması məqsədilə məsul xidmətlərin iş planını qəbul edib.

Səudiyyə Ərəbistanın Mülki Mühafizə İdarəsinin başçısı general Süleyman ben Abdulla əl-Əmr bildirib ki, krallığın daxili işlər naziri, eyni zamanda, Həcc Məsələləri üzrə Komitənin sədri Şəhzadə Məhəmməd ben Naif əl Səud tərəfindən təsdiq olunan iş planı, həcc ziyarətində təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün resursların səfərbərliyini nəzərdə tutur.

Onun sözlərinə görə, həcc ziyarətinin təşkilində və təhlükəsizliyin təmin edilməsində 17 mindən artıq təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edəcək və üç min texniki avadanlıqdan istifadə ediləcək.

Qeyd edək ki, hər il Həcc ziyarəti zamanı təşkilatı problemlər və təhlükəsizliyin lazımınca təmin edilməməsi ucbatından yüzlərlə insan həyatını itirir. Bu amil son illərdə Həcc ziyarətinə olan marağın azalmasına səbəb olub. Səudiyyə hökuməti daha çox zəvvar cəlb etmək üçün ziyarətin təhlükəsizliyini təmin edəcəyi barədə bəyanat verib.

Ötən Həcc ziyarəti zamanı baş vermiş və böyük insan tələfatı ilə nəticələnmiş iki qəzadan sonra İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər korlanıb. İran Həcc ziyarəti zamanı qəzalara və çaxnaşmalara görə, Səudiyyəni qabiliyyətsizlikdə günahlandırıb. Nəticədə İran 2016-cı ildə Səudiyyəyə zəvvar göndərməkdən imtina edib.

Türkiyə də Səudiyyəni səriştəsizlikdə günahlandıraraq ziyarətlərin təşkilini bir müsəlman ölkəsi olaraq öz üzərinə götürə biləcəyini açıqlayıb.

Xəbər lenti
0