CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş axtaranlar üçün fürsət

© Sputnik / Murad OrujovBakı Metropoliteni
Bakı Metropoliteni - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Metropoliteni" ödənişsiz kurs təşkil edir. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq vəzifələr üzrə işlə təmin ediləcəklər.

BAKI, 19 avq — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) karyera qurmaq istəyən və iş axtaranlar üçün şans yaradıb. Belə ki, QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "Bakı Metropoliteni" "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.

A man looks down as he waits in line to enter a government-run employment office in Madrid in this January 24, 2013 - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda işsizlərin sayı bilindi

Kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.

Kursda iştirak tələbləri:

• Yaş: 22 — 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili — əla
o Rus dili — yaxşı
o Digər xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri

Qeyd edək ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir. Xatırladaq ki, müraciət üçün son tarix 25.08.2016-cı il.

Xəbər lenti
0