09:28 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Логотип телеканала ANS

ANS-in yayımı bərpa edilməyəcək

Иллюстрация
XƏBƏRLƏR
Qısa URL
6201

MTRŞ: ANS televiziyası və radiosu fəaliyyətini bərpa edə bilməz.

BAKI, 18 avq-Sputnik. ANS televiziyası və radiosu fəaliyyətini bərpa edə bilməz. Çünki, iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının (MTRŞ) iddiasını təmin edib.

Bu barədə Sputnik-ə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə isə, MTRŞ-nin iddiasını təmin edərək ANS-in lisenziyasını ləğv edib.

T.Məmmədov deyib ki, ANS-in yayımına qoyulan 1 aylıq qadağanın müddəti başa çatsa da, onun yayımı məhkəmənin lisenziyaya xitam verməsi baxımından bərpa edilə bilməz. 

Qeyd edək ki, MTRŞ "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə", AR Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" AR Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

MTRŞ həmçinin 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" AR Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.

Məhkəmədə MTRŞ-nin nümayəndəsi bildirib ki, hətta Fətullah Güləni dəstəkləyən Türkiyə kanalları belə qiyamçıların bəyanatını oxuyan TRT aparıcısının audioyazısını efirdə yaymayıblar, ANS isə bunu dəfələrlə göstərib. Bundan əlavə, ANS tankların insanların üstünə getməsini, kəsilmiş başlar, əlləri göstərib, bu da MTRŞ nümayəndəsinin fikrincə, vandalizm əlamətidir.

ANS-in nümayəndəsi isə deyib ki, həmin gün ANS Türkiyədən reportajlar yayımlayıb. Əgər terror və vandalizmin təbliğinə yol verilibsə, iddiaçı kadrları təqdim edə bilər. Amma, bunu sübut edən kadrlar məhkəmədə nümayiş etdirilməyib.

Buna baxmayaraq, məhkəmə MTRŞ-in iddiasını təmin edib.

Əlaqədar

Məhkəmə MTRŞ-nin ANS-ə qarşı şikayətini təmin edib
ANS MTRŞ-nı məhkəməyə verib
ANS TV-nin tezliyi başqa yayımçıya verilməyənə qədər boş qalacaq
ANS Ali Məhkəməyə müraciət etdi
Məhkəmə ANS-in lisenziyasını ləğv etdi
ANS-lə bağlı məhkəməyə müraciət olundu
ANS-in yayımının dayandırılması ilə bağlı rəsmi qərar verildi
Teqlər:
Toğrul Məmmədov, ANS, Milli Televiziya və Radio Yayımları Şurası (MTRŞ)

Əsas mövzular