CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstanbul Ədliyyəsindən Rövşən Lənkəranski ilə bağlı şok qərar

© Photo : dha.com.trİstanbul Ədliyyəsi
İstanbul Ədliyyəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası: "İstanbul Ədliyyəsi bu xəstə ilə bağlı hər hansı məlumatın verilməsini onun can güvənliyi baxımından qadağan edib"

BAKI, 18 avq-Sputnik. Rövşən Lənkəranski adlı azərbaycanlı kriminal avtoritetin İstanbulda güllələnməsi və onun yaralı ikən aparıldığı xəstəxanada öldüyü barədə müxtəlif təzadlı məlumatlar dolaşır. Sputnik-in əməkdaşları gün ərzində Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası ilə əlaqə saxlayaraq gecə silahlı hücum nəticəsində yaralanaraq oranın reanimasiya şöbəsinə yerləşdirilmiş Rövşən Əliyev ad-soyadlı şəxsin durumu ilə maraqlanıb. Xəstəxana personalı sözügedən şəxsin ağır xəsarət aldığı, reanimasiya şöbəsində həkimlərin nəzarəti altında olduğu barədə məlumat verib.

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski - Sputnik Azərbaycan
HADİSƏ
Rövşən Lənkəranski sağdır

Bu gün saat 18.10 radələrində isə xəstəxananın təhlükəsizlik xidmətindən Sputnik-ə bildiriblər ki, İstanbul Ədliyyəsi bu xəstə ilə bağlı hər hansı məlumatın verilməsini xəstəxana personalına qadağan edib. Bu qadağan qərarı isə xəstənin təhlükəsizliyi (can güvənliyi) baxımından verilib.

Təhlükəsizlik xidməti xəstənin müvafiq kod adı ilə qeydiyyata alındığını və o adın gizli saxlanılmasının xəstəxana personalına tapşırıldığını bildirib. Eyni zamanda qeyd edilib ki, hazırda sözügedən xəstəxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.

Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası - Sputnik Azərbaycan
Rövşən Lənkəranski ilə bağlı son xəbər: Tibb bacısı Sputnik-ə danışdı

Sputnik Azərbaycanın İstanbuldakı Konsulluğu ilə əlaqə saxlayaraq vəziyyətə aydınlıq gətirilməsini istəyib. Konsulluqdan isə bildiriblər ki, onlar bu barədə hər hansı məlumat vermək səlahiyyətinə malik deyillər. Bu barədə suallar Azərbaycanın Xarici İşlər Nazirliyinə yönəldilməlidir. Konsulluq nümayəndəsi onların adından Azərbaycan mediasında yayılan məlumatları da təkzib edərək bildirib ki, biz heç kəsə Rövşən Əliyev ad-soyadlı şəxslə bağlı məlumat verməmişik. Konsulluğun adından yayılan məlumatlar tamamilə əsassızdır.

Azərbaycan XİN-dən isə gün ərzində heç kəs Sputnik-in bu barədə suallarını cavablandırmayıb. Sputnik-in Lənkəran müxbiri isə Rövşən Lənkəranskinin ailəsinə məxsus evdə onun dəfninə hər hansı hazırlığın aparılmadığını bildirib. Lənkəran şəhər polisi də Lənkəranskinin dəfninə hazırlıq getdiyi barədə məlumatları təkzib edib.

Xəbər lenti
0