CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai nəqliyyatda gediş haqqı ilə bağlı yenilik

BakıKart
BakıKart - Sputnik Azərbaycan
Abunə olmaq
"BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq

BAKI, 18 avq — Sputnik. Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq. Bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələr) göstərilir: ""BakıKart"ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq".

İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin "BakıKart"ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.

Xəbər lenti
0