06:43 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
BakıKart

İctimai nəqliyyatda gediş haqqı ilə bağlı yenilik

XƏBƏRLƏR
Qısa URL
3501

"BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq

BAKI, 18 avq — Sputnik. Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq. Bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələr) göstərilir: ""BakıKart"ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq".

İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin "BakıKart"ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.

Əlaqədar

Gələn aydan metroda gediş haqqının ödənişi yalnız "Bakıkart"la olacaq
Metropoliten "Bakıkart"lardakı səhvlərin düzəldiləcəyini bildirib
Nəqliyyatda gedişhaqları artırılacaq?
İctimai nəqliyyatda gediş haqları artırılır?
Azərbaycanlı tələbələrin gediş haqqında güzəşt tələbi "havada qalıb"
Teqlər:
korporativ müştəri, ödəmə, "BakıKart", gediş haqqı, ictimai nəqliyyat

Əsas mövzular