Gəmidən dənizə yıxıldı, möcüzə nəticəsində sağ qaldı

© Photo : PixabayShip
Ship - Sputnik Azərbaycan
Abunə olmaq
Səyahət gəmisinin göyərtəsindən yıxılan çinli turist qadın 38 saat açıq dənizdə qalıb.

BAKI, 16 avq-Sputnik. Səyahət gəmisinin göyərtəsindən yıxılan çinli turist qadın 38 saat açıq dənizdə qalıb.

Sputnik-in məlumatına görə, Şanxay şəhərinin 32 yaşlı Fen adlı sakini Yaponiya və Cənubi Koreyaya gedən kruiz gəmisində istirahət edirmiş. Dəniz mənzərəsindən vəcdə gələn turist qadın göyərtədən aşağıya çox əyildiyindən müvazinətini itirərək təxminən yeddi mərtəbəli ev hündürlüyündən dənizə düşüb.

Onunla birlikdə səyahət edən valideynləri qızlarının yoxa çıxmasından yalnız bir neçə saat sonra xəbər tutublar. Yeməksiz və susuz, xilasedici jileti olmayan turist qadın iki gün açıq dənizdə qalıb.

Xoş təsadüf nəticəsində balıqçı qayığına rast gələn Fen xilas olub. O, kifayət qədər hündürdən suya düşməsinə baxmayaraq, heç bir xəsarət almayıb.

Xəbər lenti
0