11:24 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
3101

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Antiterror Mərkəzinin belə bir qərar qəbul etdiyi barədə məlumat yayıb.

BAKI, 14 avq — Sputnik. Qazaxıstanda bu ilin iyun ayında Aktobedə törədilən terror aktından sonra elan edilən mülayim “sarı” terror təhlükəsi səviyyəsinin müddəti 15 yanvar 2017-ci ilə qədər uzadılıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Antiterror Mərkəzinin belə bir qərar qəbul etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, iyunun əvvəlində bir qrup silahlı gənc Aktobe şəhərində iki silah mağazası və hərbi hissəyə hücum edib. Şəhərdə antiterror əməliyyat rejimi elan edilib. Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 8 nəfər ölüb. Təhlükəsizlik qüvvələri 18 cinayətkarı məhv edib, 9 nəfər saxlanılıb. Aktobedə terror aktı törədilməsində sələfi dini təriqətinin üzvləri günahlandırılır. 

Əsas mövzular