15:47 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Fələstinin Xarici İşlər naziri Riyad Maliki də öz növbəsində Fələstin dövləti və xalqının 15 iyulda Türkiyədə baş verən xain çevriliş cəhdinə reaksiyasını göstərərək Türk xalqının və hökumətinin yanında olduğunu bildirib.

BAKI, 12 avq — Sputnik. "Türkiyə Qəzzaya humanitar yardımı sentiyabr ayı ərzində göndərməyi planlaşdırır."

Sputnik TRT-yə istinadən xəbər verir ki, bunu Baş nazir Binəli Yıldırım Ankarada səfərdə olan Fələstinin Xarici İşlər naziri Riyad Malkini Çankaya köşkündə qəbulu zamanı deyib.

Baş nazir bildirib ki, Fələstin xalqı və dövlətinin uğursuz çevriliş cəhdi qarşısında Türkiyəyə verdiyi dəstək iki xalq arasındakı dostluq əlaqələrinin açıq göstəricisidir:

"Türkiyənin Fələstin məsələsinə və xalqına indiyədək verdiyi güclü dəstək, gələcək dövrdə artaraq davam edəcək. Türkiyənin Qəzzaya edəcəyi yeni humanitar yardımın Qurban bayramına görə sentyabr ayında başladılması planlaşdırılır."

Türkiyənin ehtiyacı olan bütün fələstinlilərə köməklik göstərməkdə davam edəcəyini vurğulayan Baş nazir, Fələstində milli razılığın qorunmasının daşıdığı əhəmiyyətə toxunub.

Fələstinin Xarici İşlər naziri Riyad Maliki də öz növbəsində Fələstin dövləti və xalqının 15 iyulda Türkiyədə baş verən xain çevriliş cəhdinə reaksiyasını göstərərək Türk xalqının və hökumətinin yanında olduğunu bildirib.

Türkiyənin Fələstin məsələsinə verdiyi dəstəyin Fələstin dövləti və xalqının nəzərində çox dəyərli olduğunu dilə gətirən Maliki, Qəzzaya edilən humanitar yardımlardan da böyük məmnunluq duyduqlarını söyləyib.

Qonaq nazir Ankaradakı görüşləri zamanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə də bir araya gəlib.

Çavuşoğlu görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib ki, İsraillə əlaqələrin normallaşma prosesində Fələstin və Qəzzaya yardımlar artaraq davam edəcək.

Türkiyənin İsrail-Fələstin məsələsində hər zaman hər iki dövlətə sərf edən həll yoluna tərəfdar olduğunu vurğulayan Çavuşoğlu, bundan sonra da həmin istiqamətdəki səylərin davam edəcəyini bildirib.

Əlaqədar

Fələstin, Ukrayna və Koreya prezidentlərindən Azərbaycana başsağlığı
Fələstin prezidenti Misirə hansı səbəblə gedir?
Qüdsdə İsrail-Fələstin qarşıdurması, 40 fələstinli yaralandı
Səfir: Rusiya Fələstin xalqının yaxın dostudur
BMT binasına Fələstin bayrağı asılacaq
Teqlər:
Mövlud Çavuşoğlu, Binəli Yıldırım, Riyad Maliki, Türkiyə, Fələstin, İsrail, Qəzza

Əsas mövzular