Təhlükəli hava şəraiti davam edəcək

© Sputnik / Murad OrujovBakıda küçə termometri
Bakıda küçə termometri - Sputnik Azərbaycan
Abunə olmaq
43 dərəcə isti, diskomfort şərait gözlənilir.

BAKI, 12 avq-Sputnik. Azərbaycanda isti hava şəraiti avqustun 13-də də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraitinin olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

Bu tarixdə Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Xəbər lenti
0