48 saat sonra karyerası sona çatacaq

© REUTERS / David Gray22 qat Olimpiya çempionu, amerikalı üzgüçü Maykl Felps
22 qat Olimpiya çempionu, amerikalı üzgüçü Maykl Felps - Sputnik Azərbaycan
Abunə olmaq
22 qat Olimpiya çempionundan şok edən açıqlama.

BAKI, 12 avq-Sputnik. 22 qat Olimpiya çempionu, amerikalı üzgüçü Maykl Felps Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında çıxışını başa vurandan sonra bu sözləri ilə mətbuatın diqqətini bir daha özünə çəkməyi bacarıb.

"Bilmirəm indi mən 2008-ci ildən daha yaxşı formadayam, yoxsa yox. Əsas odur ki, mən yarışlarımı istədiyim kimi sona çatdıra bildim. Mən yenidən üzgüçülüyə qayıda bildim və arzularımı gerçəkləşdirməyə nail oldum."

Maykl Felps karyerasını başa çatdıracağı barədə açıqlaması isə şok yaradıb:

"Qələbədən sonra mənim ağlıma cəmi iki fikir gəldi. İnanmaq çətindir. 20 il əvvəl mən üzməyi yeni öyrəndiyim halda, 48 saat sonra mənim karyeram sona çatacaq."

Qeyd edək ki, Maykl Felpsin Olimpiya Oyunları zamanı bədənindəki banka izləri tamaşaçıların marağına səbəb olmuşdu. Sonra soyuqlayan üzgüçünün kürək və qol nahiyyələrinə banka qoydurduğu məlum olmuşdu.

Xəbər lenti
0