06:51 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
1401

Saxlanılan şəxslər FETÖ ilə mübarizə çərçivəsində Ankara Şəhər Polis İdarəsinə aparılıblar.

BAKI, 11 avq-Sputnik. FETÖ ilə mübarizə çərçivəsində Türkiyənin TRT telekanalının 42 əməkdaşı saxlanılıb.

Sputnik-in məlumatına görə, Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.

Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə aparılıb.

Xatırladaq ki, 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd olub. Bu zaman TRT-nin baş ofisi hərbçilər tərəfindən müvəqqəti ələ keçirilib. Televiziyanın aparıcısı hərbçilərin təzyiqi ilə "Yurdda Sülh Şurası"nın adından qiyamçıların bəyanatını oxuyub. Daha sonra televiziya qiyamçılardan təmizlənib.

Əlaqədar

Ərdoğan: FETÖ Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb
Allahşükür Paşazadə də Fətullah Gülənlə mübarizəyə qoşuldu
Barak Obama Fətullah Gülən haqqında danışdı
Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu
Türk politoloqdan Fətullah Gülən şəbəkəsi barədə dəhşətli iddialar
Teqlər:
Yurdda Sülh Şurası, TRT, FETÖ, Ankara, Türkiyə

Əsas mövzular