Sabah da istidən qovrulmaq var

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidЖара в Москве
Жара в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda havanın temperaturu + 42°-ni aşacaq.

BAKI, 11 avq-Sputnik. Azərbaycanda havanın temperaturu sabah da yüksək olacaq qalacaq. Bəzi yerlərdə isə kölgədə havanın müsbət temperaturu 42°-ni aşacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-24° isti, gündüz 35-39° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Xəbər lenti
0