Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Sarkisyana: Sizi Bakıda aparılan söhbət barədə məlumatlandıracağam

© Sputnik / Алексей Дружинин / Mediabanka keçidПрезидент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном
Президент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanı Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı müzakirələr barədə məlumatlandıracaq.

BAKI, 10 avq-Sputnik. Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanı Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı müzakirələr barədə məlumatlandıracaq.

Sputnik-in məlumatına görə, Rusiya prezidenti Serj Sarkisyanla görüşünün əvvəlində bunu deyib.

"Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüz zamanı bu acı mövzunun üzərindən keçmədik. Təbii ki, böyük məmnuniyyətlə sizi Bakıda aparılan söhbət barədə məlumatlandıracağam", — deyə o bildirib.

Sarkisyan isə Rusiya prezidentinə Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi siyasi və diplomatik səylərə görə təşəkkür edib: "Burada əldə olunan razılaşmaların da həyata keçirilməsi çox vacibdir. Biz buna hazırıq".

Xəbər lenti
0