Türkiyədə erməni əsilli "Əl-Nusra" üzvü həbs olundu

© AFP 2023 / Omar haj kadour"Əl Nusra Cəbhəsi"nin terrorçuları
Əl Nusra Cəbhəsinin terrorçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin apardığı sorğu-sualdan sonra erməni Aloyana qarşı "silahlı terror qruplaşmasına üzv olmaq" maddəsi ilə cinayət işi açılıb.

BAKI, 10 avq — Sputnik. Türkiyənin Hatay vilayətində erməni əsilli Fransa vətəndaşı terrorçu həbs edilib.

Adı Artyom Aloyan olan terrorçu avqustun 2-də Hatay polisinin keçirdiyi yol reydi zamanı saxlanılıb.

Sputnik Haber7-yə istinadən xəbər verir ki, onun üzərindən silahlı münaqişə bölgələrinin fotosu, hərbçilərə ediləcək hücum yerləri işarələnmiş xəritə, müdafiə planları, əl qumbarası və partlayıcı kimyəvi maddə, uzaqdan komanda ilə idarə olunan elektron sxemlər, video və başqa sənədlər aşkarlanıb.

Polisin apardığı sorğu-sualdan sonra erməni Aloyana qarşı "silahlı terror qruplaşmasına üzv olmaq" maddəsi ilə cinayət işi açılıb.
Məlumatda bildirilib ki, o, Suriyada "Əl-Nusra" terror qruplaşmasının sıralarında döyüşüb.

A.Aloyan polisə ifadəsində Ermənistanda yaşayan yezidi kürdlərindən olduğunu, 2002-ci ildə Fransaya köçdüklərini və bu ölkənin vətəndaşlığını qəbul etdiklərini söyləyib.

Xəbərdə qeyd olunur ki, A.Aloyan erməni, ərəb, kürd, rus, fransız və ingilis dillərini yaxşı bilir.

Xəbər lenti
0