Azərbaycanda neft quyusunda yanğın baş verib

© Photo : AzadliqRadiosuNeft yatağında yanğın
Neft yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Siyəzən rayonunun Sədan kəndindəki neft quyusunda yanğın baş verib.

BAKI, 10 avq-Sputnik. Siyəzən rayonunun Sədan kəndindəki neft quyusunda yanğın baş verib.

Montaj işləri aparılan zaman quyunun ətrafına dağılmış neft məhsulları 80 kv/m sahədə və ümumi sahəsi 15 kv/m olan dəmir konstruksiyalardan ibarət köşkün içərisində quraşdırılmış elektrik lövhəsi və elektrik naqilləri yanıb.

Sputnik Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, buruq və ətrafda olan digər buruqlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0