Azərbaycanlı olimpiyaçı uduzmağına qəribə reaksiya verdi

© Photo : INTERNATIONAL JUDO FEDERATIONOrxan Səfərov. Arxiv şəkli
Orxan Səfərov. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Orxan Səfərov: Yəqin yer tutsaydım, ziyanıma olardı.

BAKI, 10 avq-Sputnik. Rio-de Janeyroda keçirilən Rio-2016 olimpiasadında 60 kq dərəcəsində 5-ci yeri tutan Orxan Səfərov məşq yoldaşı və dostu Rüstəm Orucovun qələbəsi haqqında Sputnik-in əməkdaşına bunları deyib.

"Rüstəm medal qazandı və bizi sevindirdi. Bu bütün cüdo ailəsinin uğurudur."

Cüdoçu eyni zamanda bildirib ki, digər komanda yoldaşlarının hər birindən medal gözləyir. "Həm digər komanda üzvlərimizdən uğurlu nəticə gözləyirəm, həm də digər idman növlərində də medallar qazanacağımıza ümid edirəm."

İdmançımız özünün sıralamada 5-ci nəticə ilə yarışı bitirməsinə belə münasibət bildirib. "Mən çox calışdım, qismət belə oldu. Yəqin yer tutsaydım, ziyanıma olardı. Allah bilən məsləhətdir."

Xəbər lenti
0