23:05 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
184010

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfərə gedəcək.

BAKI, 19 avq-Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfərə gedəcək.

Sputnik-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət başçılarının görüşü zamanı strateji tərəfdaşlığın perspektivləri, iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq.

Görüşdə Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Prezidentlər aktual beynəlxalq və regional məsələlərdən də danışacaqlar.

Qeyd edək ki, 7-8 avqustda İran və Rusiya prezidentlərinin Bakı, 9 avqustda isə Türkiyə prezidentinin Sankt-Peterburq səfərlərinin ardından regionda yeni geosiyasi situasiya yaranıb. Ermənistan-Azərbaycan münaqişəsi isə regiondakı əməkdaşlığa mane olur. Serj Sarkisyanın bu münaqişənin həlli ilə bağlı Moskvaya çağırıldığı bildirilir.

Əsas mövzular