20:34 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Köçkün qız. Arxiv şəkli

Məcburi köçkünlərin bir qisminin yemək xərci kəsiləcək

© Foto : PUBLIC DOMAIN
XƏBƏRLƏR
Qısa URL
41502

Məcburi köçkünlərin yeni doğulan uşaqlarına da yemək xərci üçün aylıq müavinət verilməyəcək.

BAKI, 9 avq-Sputnik. Bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə edilən "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"da edilən dəyişikliklərdə əksini tapıb.

Təlimata dəyişikliklər bu gündən qüvvəyə minib.

Digər dəyişikliyə əsasən, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə isə bu gündən yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılacaq.

Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib.

Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Yəni bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqlar.

Əlaqədar

İşsiz məcburi köçkünlərə orta aylıq maaşların verilmə qaydası dəyişib
Dövlət Komitəsi məcburi köçkünləri sui-istifadədən əl çəkməyə çağırdı
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib
Teqlər:
məcburi köçkünlər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Əsas mövzular