18:54 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Çimərlik

Çimərliklərdə dəniz suyunun temperaturu artacaq

azxeber.com
XƏBƏRLƏR
Qısa URL
118501

Sabah ölkədə isti hava şəraiti davam edəcək.

BAKI, 9 avq-Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin günəşli olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 35-39, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Avqustun 10-da Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Əlaqədar

Sabahın hava proqnozu açıqlandı
Avqust ayına gözlənilən hava proqnozu açıqlandı
Sabah hava buludlu olacaq
Sabah hava küləkli və yağışlı olacaq
Hava şəraiti kəskin dəyişəcək
Teqlər:
günəşli, çimərlik, dəniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

Əsas mövzular