Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyev Vladimir Putini evinə çaya dəvət edib

Abunə olmaq
Azərbaycan və Rusiya prezidentləri çay süfrəsi arxasında söhbət ediblər.

BAKI, 9 avq-Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

Sputnik-in məlumatına görə, prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd ediblər.

Onlar bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0