11:44 21 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Непосредственно на площади сооружена 60-метровая сцена, по обе стороны которой вывешены фотографии основателя Мустафы Кемаля Ататюрка и президента Реджепа Тайипа Эрдогана

İstanbulda keçirilən "Demokratiya və şəhidlər" mitinqi sona çatıb

© REUTERS / Osman Orsal
XƏBƏRLƏR
Qısa URL
50901

İstanbulun "Yedikapı" meydanında yüz minlərlə insanın iştirak etdiyi "Demokratiya və şəhidlər" şüarı altında keçirilən mitinq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə yekunlaşıb.

BAKI, 7 avq-Sputnik. İstanbulun "Yedikapı" meydanında yüz minlərlə insanın iştirak etdiyi "Demokratiya və şəhidlər" şüarı altında keçirilən mitinq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə yekunlaşıb.
Mitinqdə Türkiyənin baş naziri Binali Yıldırım, CHP lideri Kemal Kılıçdaroğlu, MHP sədri Dövlət Baxçalı, baş qərargah rəisi Hulusi Akar və digərləri çıxış ediblər.

Mitinqin əvvəlində 15 iyul şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyənin himni səslənib.

Ardından şəhidlərin ruhuna dua oxunub.

Meydanı Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları, həmçinin Atatürk və Ərdoğanın plakatları doldurub.

Dövlət Baxçalı öz çıxışında 15 iyulda dövlət çevrilişinə cəhd edənləri xain adlandırıb. O, birlik və bərabərlik, demokratiya mesajları verib. 

"Zalımlar, xainlər, imperializmin maşaları bu dəfə türk əsgəri cildinə girdilər. Millətin silahını yenə millətə çevirdilər. Millətin imkanlarından istifadə edərək yenə millətə öldürücü zərbə vurmaq istədilər. Alim və müəllim görünüşlü bir terrorçu, sığındığı Pensilvaniyadan dediyi bəddua seansları ilə, nifrət nitqləri ilə, ikrah hissiylə dəstəsinə, cinayət təşkilatına Türkiyəni vurun əmri verdi" — deyə Baxçalı Fətullah Güləni lənətləyib.

Çıxışını 1933-cü ildə, TC-nin qurulmasının 10-cu ildönümü nitqində Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmiş "Ne mutlu türküm diyene" sözləri ilə başa çatdırıb.

CHP lideri Kamal Kılıçdaroğlu da öz çıxışında deyib ki, "məscidə, baraka və ədliyyəyə siyasəti daxil etməyək".

O, Atatürkün qurduğu Cümhuriyyəti qorumağın vacib olduğunu vurğulayaraq deyib:

"Əgər Atatürkün qurduğu Cümhuriyyət olmasaydı, bu gün Rəcəb Tayyib Ərdoğan prezident, Binəli Yıldırım baş nazir, Anadolunun ucqar kəndinin cocuğu olan Kamal Kılıçdaroğlunun ana müxalifət partiyasının sədri olduğu Türkiyə Böyük Millət Məclisi olmazdı."

Kılıçdaroğlu Nazim Hikmətin "Dəvət" şerini oxuyub.

Hulusi Akar isə çıxışında deyib ki, Atatürkün "hakimiyət millətindir" düsturu onların ən təməl anlayışıdır.

"Bayraq, vətən, dövlət və millət üçün ölsəm şəhid, qalsam qazi anlayışı ilə vəzifəsini yerinə yetirən TSK bütün heyəti ilə demokratik hüquq sisteminin içində, dövlətimizin və millətimizin əmrində və işinin başındadır"- deyə o, bildirib.

Baş nazir Binəli Yıldırım isə öz nitqində "Tək millət, tək dövlət" şüarını işlədib. O, Azərbaycanın istiqlal şairi Əhməd Cavadın "Yol ver Türkün bayrağına" şerindən bir misra oxuyub.

Son çıxışı Ərdoğan edib. O, Atatürkdən çoxlu misallar gətirib.

"Qazi Mustafa Kamal 1920-ci ildə İstanbul və İzmir başda olmaqla ölkənin böyük bir hissəsinin işğal altında olduğu o qara günlərdə "Millətimiz böyükdür, qorxmayaq. O əsarət qəbul etməz, lakin onu bir yerə toplamaq və "ey millət, sən əsarəti qəbul edərsən?" deyə soruşmaq lazımdır" deyirdi. İndi burada bir daha soruşuram, Qazidən 96 il sonra eyni sualı verirəm: Ey millət! Sən əsarət və zilləti qəbul edərsən? Bu millətə, kimsə bu əsarəti əsla gətirə bilməyəcək". — deyə Ərdoğan xalqa xitab edib.

O, Fətullah Gülənin etdiklərinin cavabını verməli olacağını deyib. Ölüm cəzasının bərpasına da toxunan prezident "Məclisdəki partiyaların liderləri buradadır, öz aralarında müzakirə etsinlər, əgər edam cəzasının bərpasına qərar verərlərsə, mən onu imzalamağa onsuz da hazıram" — deyib.

Ərdoğan camaatın "demokratiya növbətçiliyi nə vaxta qədər davam edəcək" sualına, "indi bir az yürüş edin, çərşənbə axşamı başa çatdırarsız", deyə cavab verib. Mitinq ölkə rəhbərliyinin və müxalifət liderlərinin kollektiv şəkil çəkdirməsi ilə sona çatıb.

Əsas mövzular