SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla İran arasında 6 mühüm sənəd imzalanıb

© AZƏRTACAzərbaycan-İran sənədlərinin imzalanma mərasimi
Azərbaycan-İran sənədlərinin imzalanma mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.

BAKI, 7 avq-Sputnik. Bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.

Sputnik-in məlumatına görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Tədqiqatları İnsititutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişə imza atılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikası Hökuməti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu da imzalanan sənədlər arasındadır.

Mərasimdə "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.

Xəbər lenti
0