SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran prezidenti Azərbaycana gəlib

© AZƏRTACİran prezidenti Ruhanini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar
İran prezidenti Ruhanini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar - Sputnik Azərbaycan
Abunə olmaq
Həsən Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, sabah isə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.

BAKI, 7 avq-Sputnik. İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran prezidentini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

H. Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, sabah isə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.

Xəbər lenti
0