Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rio-2016: Oyunların II gününündə 16 ölkə ümumilikdə 23 medal qazanıb

© REUTERS / Issei KatoQılıncoynatma üzrə qadınlar arasında individual yarışların qalibləri
Qılıncoynatma üzrə qadınlar arasında individual yarışların qalibləri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Olimpiadada hələlik medal qazana bilməyib.

BAKI, 7 avq-Sputnik. Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında artıq ilk medallar sahiblərinə təqdim edilib.

Sputnik-in məlumatına görə, ümumilikdə 16 ölkənin idmançıları medal qazanıblar.

Təəssüf ki, onların arasında azərbaycanlılar yoxdur.

Komandalar arasında Cənubi Koreya və ABŞ 1 qızıl və 1 gümüş, Argentina, Belçika, Macarıstan, Rusiya və Vyetnam hərəyə 1 qızıl, Çin 1 gümüş, 3 bürünc, Qazaxıstan isə 1 gümüş və 1 bürünc medal əldə edib.

Braziliya, Danimarka və İtaliya bir gümüş medalla kifayətləniblər.

Yaponiya 2, Avstraliya, Polşa və Özbəkistan isə Olimpiadaya hərəyə bir bürünclə start veriblər.

Xəbər lenti
0