Rio-de-Janeyroda partlayış baş verib

© REUTERS / Eric GaillardMütəxəssislər hadisə yerini təftiş edir. Kopokabana, Rio-de-Janeyro, Braziliya
Mütəxəssislər hadisə yerini təftiş edir. Kopokabana, Rio-de-Janeyro, Braziliya - Sputnik Azərbaycan
Abunə olmaq
XXXI Yay Olimpiya Oyunlarının velosiped şosesi yaxınlığında partlayış baş verib.

BAKI, 6 avq-Sputnik. Rio-de-Janeyroda, XXXI Yay Olimpiya Oyunlarının velosiped şosesi yaxınlığında partlayış baş verib.

Sputnik-in məlumatına görə, bu barədə hadisənin şahidləri xəbər veriblər.

Kişilər arasında keçirilən velosiped yarışlarının finiş xətti yaxınlığında baş verən partlayışı istehkamçıların törətdiyi məlum olub.

Bu barədə Braziliyanın yerli təhlükəsizlik xidmətinin nümayəndələri "Reuters"ə bildiriblər.

Məlumata görə, mütəxəssislər şübhəli arxa çantasını partladaraq zərərsizləşdiriblər.

Bundan öncə, velotras ərazisində mətbuat üçün nəzərdə tutulmuş tribuna yaxınlığında partlayış baş verdiyi bildirilmişdi. İnsident nəticəsində heç kim zərər çəkməyib.

İstehkamçılar son bir neçə gündə xüsusi ayrılmış yerlərdə sahibi məlum olmayan bir neçə çanta zərərsizləşdiriblər.

Xəbər lenti
0