Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Neftçi ölkə çempionatının ilk qələbəsini qazanıb

© Photo : PFLAZAL – "Neftçi" oyunu
AZAL – Neftçi oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib.

BAKI, 6 avq-Sputnik. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib.

Sputnik-in məlumatına görə, mövsümün açılış oyununda "AZAL Arena"da AZAL və "Neftçi" klubları üz-üzə gəlib.

Oyunda hesab ikinci hissədə açılıb. 60-cı dəqiqədə "Neftçi"nin futbolçusu Elvin Bədəlov builki mövsümün ilk qolunu vurub. Ardınca 70-ci dəqiqədə Rəhman Hacıyev hesabı 2 topa çatdırıb. Matç "ağ-qaralar"ın 2:0-lıq qələbəsi ilə başa çatıb.

Oyunu Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənovdan ibarət hakimlər qrupu idarə edib. 

Xəbər lenti
0