Nazirlik əhaliyə xəbərdarlıq etdi

© ru.tsn.uaжара
жара - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 42 dərəcə isti gözlənilir.

BAKI, 5 avq-Sputnik. Azərbaycanda isti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən xəbərə görə, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34-39 dərəcə isti olacağı gözlənilir.

Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0