Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qəbələ" qələbə qazandı

© Photo : REPORT IA“Qəbələ” - “Lill” (Fransa) matçı
“Qəbələ” - “Lill” (Fransa) matçı - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa klubu "Lill"lə bu gün keçirdiyi oyunda Qəbələ klubu 1:0 hesablı qələbə qazanıb.

BAKI, 4 avq-Sputnik. UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

"Qəbələ" klubu öz meydanında Fransa klubu "Lill"lə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar.

Matça fəal başlayan "Qəbələ" hesabı birinci açıb. 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiç uzaqdan zərbə ilə komandasını önə keçirib.

Matç boyunca daha bir neçə təhlükəli vəziyyət yaradan komandamıza oyunçuların qeyri-dəqiqliyi mane olub.

Rəqib komanda son anlarda fəallaşsa da, onlara bərabərlik qolunu vurmaq nəsib olmayıb. Beləliklə, "Qəbələ" 1:0 hesabı ilə rəqibi "Lill"ə qalib gəlib.

Bununla da "Qəbələ"nin sayəsində ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.

Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ"a qoşulan "Qəbələ" ötənilki uğuruna yaxınlaşıb. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.

Xəbər lenti
0