AZAL-ın təyyarəsi rekord vurdu

© Sputnik / Alexander Kryajev / Mediabanka keçidСамолет авиакомпании Azerbaijan Airlines. Архивное фото
Самолет авиакомпании Azerbaijan Airlines. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" sərnişin layneri Rio-de-Janeyronun "Qalean" Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekord vurub.

BAKI, 4 avq-Sputnik. Rio-de-Janeyro hava limanının tarixində "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsi yeni rekorda imza atıb.

AZAL-dan Sputnik-ə verilən məlumata görə, "Rio-2016" Olimpiya oyunlarına Azərbaycan idmançılarını çatdıran "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" sərnişin layneri Rio-de-Janeyronun "Qalean" Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekord vurub.

Artıq bu barədə məlumat "Qalean" hava limanının Facebook sosial şəbəkəsinin rəsmi səhifəsində yer alıb.

Xəbər lenti
0