Xırdalanda 6 yaşlı qızın öldürülməsində anası təqsirləndirilir

CC0 / lechenie-narkomanii / handcuffsƏlləri qandallanmış qadın. Arxiv şəkli
Əlləri qandallanmış qadın. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Narıyeva da tutulub.

BAKI, 4 avq-Sputnik. Xırdalanda 6 yaşlı qızın öldürülməsində anası təqsirləndirilir.

Sputnik Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da 6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Narıyeva da tutulub.

Sözügedən hadisə bir neçə gün əvvəl Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb.

Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyənləşib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əvvəllər məhkum olunmuş Elnur Hacıyev tərəfindən törədildiyi məlum olub.

E. Hacıyev saxlanılıb və o öz ilkin ifadəsində azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.

Saxlanılan şəxsin öldürdüyü azyaşlı qızın anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.

Xəbər lenti
0