Diqqət: bu gün Bakının bəzi yerlərində içməli su olmayacaq

© Sputnik / Murad OrujovMətbəxdə su kranı. Arxiv şəkli
Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar Bakının bəzi yerlərində içməli suyun verilişinə məhdudiyyətlər qoyulacaq.

BAKI, 4 avq-Sputnik. Bu gün Bakının bir bəzi yerlərində içməli suyun verilişinə məhdudiyyətlər qoyulacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətimnin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə verilən məlumata görə, Bakı şəhərinin İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə — İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0