QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni silahlı bölmələri atəşkəs rejimini 16 dəfə pozub

© REUTERS / Zulfiya SafkhanovaСолдат азербайджанской армии на боевом посту. Архивное фото
Солдат азербайджанской армии на боевом посту. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Tərtərin Çiləbürt, Füzulinin Qorqan, Qaraxanbəyli, Xocavəndin Kuropatkino, Cəbrayılın Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən mövqelərimiz atəşə tutulub.

BAKI, 30 iyul — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0