12:15 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
41 0 0

İtaliyanın Ali Məhkəməsi italiyalı qadınla Pakistan vətəndaşı arasında "Skype" proqramı vasitəsilə bağlanan nikahı qanuni sayıb.

BAKI, 29 iyul-Sputnik. İtaliyanın Ali Məhkəməsi italiyalı qadınla Pakistan vətəndaşı arasında "Skype" proqramı vasitəsilə bağlanan nikahı qanuni sayıb.

Sputnik İtaliya mətbuatına istinadla xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən 2012-ci ildə gənclərin nikahından imtina edən San Giovanni in Persiceto şəhərinin hökuməti bu nikahı qeydiyyatdan keçirməlidir.

Ali Məhkəmə gənclərin öz vətənlərində olmalarına baxmayaraq, ailə qurmaq qərarlarını aydın şəkildə ifadə etdiyini əsas gətirib. Bir qədər əvvəl "məsafəli nikahı" ilkin məhkəmə instansiyası və apellyasiya məhkəməsi də qəbul etmişdi.

Qeyd edək ki, Silvio Berluskoninin son hökuməti (2008-2011) tərəfindən miqrasiyaya nəzarətin sərtləşdirilməsi üzrə tədbirlərin qəbul edilməsindən sonra digər ölkə vətəndaşları İtaliya ərazisində olmalarına dair sənədləri olmasa Apennində italiyalılarla ailə həyatı qura bilməzlər. Bununla yanaşı, İtaliya vətəndaşı ilə nikaha girən şəxs bu ölkədə yaşayış hüququna sahib olur. Hökumət bu yolla saxta nikahla mübarizə aparmağa çalışır.

Əlaqədar

“Skype”-a qarşı cinayət işi başlanıb
Teqlər:
Ali Məhkəmə, Skype, İtaliya, Pakistan

Əsas mövzular