02:15 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
XƏBƏRLƏR
Qısa URL
Şirvanda silah zavodunda partlayış (20)
84911

Rəsmi məlumatda göstərilən yaralı sayının artacağı istisna olunmur. Hazırda FHN-in helikopterləri havadan müşahidələr həyata keçirir.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 26 iyul-Sputnik. Şirvan şəhəri ərazisində yerləşən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodu ərazisində baş verən partlayışların intensivliyi azalıb. Bununla belə, bu saatlara qədər zavodun yerləşdiyi ərazidən ara-sıra partlayış səsləri eşidilir. 

Bu barədə Sputnik-in hadisə yerində olan müxbiri məlumat verib.

Məlumata görə, partlayış şəhər kənarındakı yüksəklikdə baş verib və geniş sahəni əhatə edir. Müşahidələr göstərir ki, partlayış ötən ilki kimi "Araz" zavodunda deyil, onun yaxınlığındakı silah anbarlarında baş verib. 

Partlayışlar bir-birinin ardınca, bəzən güclü, bəzənsə zəif müşahidə edilib. Ondan sonra insanları xilasetmə işləri başlayıb. FHN-in Şirvan şəhər Yanğından Mühafizə İdarəsi "Araz" zavoduna yaxın ərazidə yerləşdiyindən, partlayışdan dərhal sonra yanğınsöndürən maşınlar və FHN-in xilasetmə qüvvələri hadisə yerinə gedib. Bura eyni zamanda Hacıqabul, Sabirabad və Saatlı rayonlarının polis bölmələrinin xeyli sayda əməkdaşları, həmçinin yanğından mühafizə xidmətləri cəlb olunub.
Hadisə baş verən yüksəkliyə gedən bütün avtomobil yolları gediş-gəliş üçün bağlanıb. Çoxsaylı postlar qurulub. Bu isə şəhərdaxili nəqliyyatın hərəkətində məhdudiyyətlərin yaranmasına səbəb olub. Hadisə gündüz saatlarında baş verdiyindən, insanlarda ətrafda baş verənlərə maraq çox olub. 

Onlar postlara yaxınlaşır, nə baş verdiyini öyrənməyə cəhd edirlər. 

Partlayış baş verən yerlə şəhərin ən yaxın yaşayış yerinə qədərki məsafəsi təqribən 1 km olar. Amma partlayış nəticəsində ətrafa yayılan qəlpələr şəhərin bəzi yaşayış yerlərinə və sosial obyektlərə zərər vurub. 20 km radiusda partlayış hiss olunub. Havada çox uzaqdan tüstü müşahidə edilir.

Görünən odur ki, şəhər daxilində təcili yardım və yanğınsöndürən maşınlar sürətlə hərəkət edir. Eyni zamanda partlayış səsləri hələ də gəlir. Bu isə onu deməyə əsas verir ki, təhlükə tam aradan qalxmayıb.

İnsanlar yaralıların daşındığı xəstəxanalara axışaraq öz yaxınları ilə bağlı məlumat əldə etməyə çalışırlar.

Şəhərin Olimpiya kompleksinin meydançasına bir-birinin ardınca FHN-in helikopterləri gəlir.

Rəsmi məlumatda göstərilən yaralı sayının artacağı istisna olunmur. Hazırda FHN-in helikopterləri havadan müşahidələr həyata keçirir.

Mövzu:
Şirvanda silah zavodunda partlayış (20)

Əsas mövzular