01:28 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Şirvanda silah zavodunda partlayış (20)
32 0 0

Zavoda gedən bütün avtomobil yollarında polis postları qurulub, ərazinin yaxınlığına kimsə buraxılmır

BAKI, 26 iyul — Sputnik. Şirvan "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar, zavoda gedən bütün avtomobil yollarında polis postları qurulub, ərazinin yaxınlığına kimsə buraxılmır. Bu barədə Sputnik-in bölgə müxbiri xəbər verir.

Silah zavodunun yerləşdiyi ərazi mərkəzdən kənardadır. Partlayışın olduğu ərazidə tüstülənmə hələ də davam edir. Ara-sıra kiçik partlayış səsləri eşidilir.

Zavodun yerləşdiyi ərazi yüksəklikdə olduğu üçün uzaq məsafədən də tüstülənməni müşahidə etmək mümkündür. Şirvanın mərkəzi küçələrində sıxlıq yaşanır. Şəhər əhalisi nisbətən narahatlıq keçirir.

Mövzu:
Şirvanda silah zavodunda partlayış (20)

Əlaqədar

Silah zavodunda baş vermiş partlayışda ölən yoxdur
Səhiyyə naziri Şirvan Mərkəzi Rayon Xəstəxanasındadır
Baş prokurorun müavini də partlayış baş verən bölgəyə gedib
Xəsarət alanların sayı 20 nəfərə çatdı
Nazir partlayış ərazisinə yollandı
Partlayışla bağlı daha bir rəsmi açıqlama yayıldı
Teqlər:
Müdafiə Sənayesi Nazirliyi, zavod, partlayış, Şirvan "Araz" zavodu

Əsas mövzular