16:17 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
Şirvanda silah zavodunda partlayış (20)
74 0 0

Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir

BAKI, 26 iyul — Sputnik. Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları partlayış baş verən Şirvan şəhərinə gediblər. APA-nın məlumatına görə, Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir. Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, bu gün saat 15:35 radələrində, Müdafiə Sənayesi Nazirliyinə məxsus Şirvan "Araz" zavodunda partlayış baş verib. Partlayış nəticəsində 12 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Sputnik-ə verdiyi məlumata görə, xəsarət alanlar ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağırdır.

Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir.

Mövzu:
Şirvanda silah zavodunda partlayış (20)

Əlaqədar

Partlayışla bağlı daha bir rəsmi açıqlama yayıldı
Fövqəladə hallar nazirinin iki müavini Şirvana gedib
Hərbi zavodda baş vermiş partlayışda 12 nəfər xəsarət alıb
Müdafiə Sənayesi Nazirliyindən açıqlama gəldi
Hərbi zavoddakı partlayışla bağlı rəsmi açıqlama verildi
Azərbaycanda silah zavodunda partlayış baş verib
Teqlər:
Rüstəm Usubov, Şirvan, partlayış, Baş Prokurorluq

Əsas mövzular