07:31 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
XƏBƏRLƏR
Qısa URL
Şirvanda silah zavodunda partlayış (20)
84 0 0

FHN: "Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir"

BAKI, 26 iyul — Sputnik. 26 iyul 2016-cı il tarixində saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatda deyilir.

Sputnik nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunmuş, zəruri tədbirlərin görülməsinə başlanılıb: "Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir. Əlavə məlumat veriləcək".

Qeyd edək ki, bu gün saat 15:35 radələrində, Müdafiə Sənayesi Nazirliyinə məxsus Şirvan "Araz" zavodunda partlayış baş verib. Partlayış nəticəsində 12 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Sputnik-ə verdiyi məlumata görə, xəsarət alanlar ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağırdır: "Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir".

Mövzu:
Şirvanda silah zavodunda partlayış (20)

Əlaqədar

Fövqəladə hallar nazirinin iki müavini Şirvana gedib
Hərbi zavodda baş vermiş partlayışda 12 nəfər xəsarət alıb
Hərbi zavoddakı partlayışla bağlı rəsmi açıqlama verildi
Azərbaycanda silah zavodunda partlayış baş verib
Teqlər:
"112" qaynar xətt, partlayış, FHN, zavod, Fövqəladə Hallar Nazirliyi

Əsas mövzular