21:03 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Şirvanda silah zavodunda partlayış (20)
48 0 0

Səhiyyə Nazirliyi: "Xəsarət alan 6 nəfər ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağırdır. Hazırda təcili yardım briqadaları hadisə yerindədir"

BAKI, 26 iyul — Sputnik. Şirvan "Araz" zavodunda Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda qeydə alınan partlayış nəticəsində 12 nəfər xəsarət alıb. Bu barədə Sputnik-ə Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlar ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağırdır.

"Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir", — SN sözçüsü bildirib.

L. Bayramova bildirib ki, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb: "Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir".

Qeyd edək ki, bu gün saat 15:35 radələrində, Müdafiə Sənayesi Nazirliyinə məxsus Şirvan "Araz" zavodunda partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Mövzu:
Şirvanda silah zavodunda partlayış (20)

Əlaqədar

Müdafiə Sənayesi Nazirliyindən açıqlama gəldi
Hərbi zavoddakı partlayışla bağlı rəsmi açıqlama verildi
Azərbaycanda silah zavodunda partlayış baş verib
Teqlər:
Şirvan "Araz" zavodu, hərbi zavod, partlayış, Müdafiə Sənayesi Nazirliyi

Əsas mövzular