19:57 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Polizei überwacht Flüchtlinge in München

Almaniyada dəhşətli terror aktı baş verib

© Sputnik / Sergei Stroitelev
XƏBƏRLƏR
Qısa URL
256701

Almaniyanın Münhen şəhərində ticarət mərkəzlərindən birinə edilən silahlı hücumda azı 15 nəfərin öldüyü bildirilir.

BAKI, 22 iyul-Sputnik. Almaniyanın Münhen şəhərində yerləşən "Olympia" ticarət mərkəzinə edilən silahlı hücumda azı 15 nəfərin öldüyü bildirilir.

Sputnik xəbər verir ki, Reuters agentliyi bu barədə məlumatı yerli polisə istinadən yayıb.

Bavariyanın Daxili İşlər Nazirliyi insidentdə 3 nəfərin öldüyünü bildirsə də, Münhen polisi çox sayda adamın öldürüldüyünü xəbər verib.

Abendzeitung Muenchen nəşri silahlı insidentdə ən az 15 nəfərin öldüyünü bildirib.

Frans Press agentliyi isə 1 nəfərin öldüyünü, onlarla insanın yaralandığını xəbər verib. 

Münhen polisi əhaliyə bir neçə nəfərin atəş açdığını bildirib. Qeyd edib ki, silahlılar ya binada, ya da binanın yaxınlığında olublar.

KİV isə öz növbəsində yazır ki, şahidlərin dediyinə görə, atəşi naməlum şəxs açıb və o qaçaraq hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib, əhali evakuasiya edilib.

Hüquq mühafizə orqanları sakinləri bu rayondan uzaqlaşmağa çağırıb. Şəhərdə bir neçə istiqamətdə metronun hərəkəti dayandırılıb.

Qeyd edək ki, bazar ertəsi Əfqanıstandan olan azyaşlı miqrant Almaniya qatarında sərnişinlərə balta ilə hücum edərək 4 nəfəri yaralamışdı. Hadisə şəhər kənarında, Vyurtsburqdakı Troyxtlingen stansiyası yaxınlığında baş vermişdi.

Cinayətkar stop-kranı basaraq qatardan tullanmış, polisdən gizlənməyə müvəffəq olmuşdu.

Əlaqədar

Qazaxıstanda ara qarışdı: "qırmızı terror" baş verir
Bakıdakı Fransa liseyindən terror açıqlaması
Nitsadakı terror aktından bir neçə dəqiqə sonra
İŞİD Azərbaycanda terror aktları planlaşdırıb - Türkiyədən xəbərdarlıq
ABŞ səfirliyi qarşısında terror şoku
Teqlər:
Troyxtlingen, Vyurtsburq, Münhen, ticarət mərkəzi, Əfqanıstan, polis, Almaniya, terror

Əsas mövzular