10:08 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
Fəthullah Gülən

Fətullah Gülənin doğulduğu evə od vurdular

© AP Photo / Selahattin Sevi
XƏBƏRLƏR
Qısa URL
82 0 0

Millət vəkili Orhan Deligöz müraciət etdi, Fətullah Gülənin atasının adını daşıyan məscidin adını dəyişdirdilər.

BAKI, 22 iyul-Sputnik. ABŞ-da yaşayan, iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhddə ittiham edilən Fəthullah Gülənin anadan olduğu Pasinler bölgəsinə aid Korucuk kəndindəki evini yandırmaq istəyiblər.

Sputnik "Milliyet" qəzetinə istinadla xəbər verir ki, 18 iyul gecəsi Gülənin evinin qapısının yandırıldığını bildirən kəndlilərin dediyinə görə, bu ev yansaydı, bütün kənd yanardı. 

"Qorxu içində yaşayırıq. Terrorçu kənd kimi xatırlanmaq istəmirik" — deyə kənd camaatı bildirib.

Ərzurumun Pasinler bölgəsinə bağlı Korucuk kəndində Rabia və Ramiz Gülən cütlüyünün 11 uşağından üçüncüsü olan Fətullah Gülən 27 aprel 1941-ci il tarixində həmin evdə dünyaya gəlib. Gülənin qardaşları 3 il əvvəl bu evi yenidən tikdiriblər. Hazırda bu evdə heç kəs yaşamır. 18 iyulda Gülən əleyhdarları evin qapısına od vurublar. Hadisə yerinə gələn jandarma evi yandırmaq istəyən şəxslərin qarşısını alıb və yanğın söndürülüb.

Bu arada Gülənin atasının adının verildiyi, Yıldızkent səmtindəki məscidə qarşı da aqressiv münasibət bəslənib. Millət vəkili Orhan Deligöz "Ramiz Əfəndi Məscidi"nin adının dəyişdirilməsi üçün bölgənin müftülüyünə müraciət edib.

"Müftünün müavini ilə görüşdüm. Ondan bu məscidin adının dəyişdirilməsini istədik. Müftümüz də dəyişdiriləcəyini bildirdi" — deyə millət vəkili Deligöz bildirib.

Əsas mövzular