Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedir

© AP Photo / Burhan OzbiliciПрезидент России Владимир Путин и глава Турции Реджеп Таййип Эрдоган
Президент России Владимир Путин и глава Турции Реджеп Таййип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Kreml Rusiya və Türkiyə prezidentlərinin görüşünün vaxtını açıqladı.

BAKI, 20 iyul-Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun ilk ongünlüyündə Rusiya şəhərlərindən birində görüşəcəklər.

Sputnik-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hazırda diplomatik kanallar vasitəsilə Putinlə Ərdoğanın görüşünə hazırlıq işləri görülür. Biz razılaşmışıq ki, bu görüş avqustun ilk ongünlüyündə keçirilsin. Görüş Rusiya ərazisində olacaq. Şəhər və ayın tarixi hələ tam dəqiqləşməyib" — deyə Peskov bildirib.

Prezidentin nümayəndəsi görüşün Bakıda olacağı barədə informasiyaları təkzib edib.

"Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü olacaq" — deyə Peskov bildirib.

Putinlə Ərdoğanın görüşünün Türkiyədə baş verən çevriliş cəhdinin fonunda keçiriləcəyi bildirilir. Məlumatlara görə, qiyamın iştirakçıları arasında Suriya sərhəddində Rusiya təyyarəsini vuran pilotların da olduğu bildirilir.

Ötən ilin noyabrında Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotların Rusiyanın Su-24 döyüş təyyarəsini vurmasından sonra Moskva ilə Ankara arasında münasibətlər korlanmışdı.

Putin bu addımı "kürəkdən zərbə" adlandırmışdı.
İki ölkə arasında münasibətlər iyun ayında Ərdoğanın ölən rus pilotların ailəsindən üzr istəməsindən sonra qaydaya düşüb.

Xəbər lenti
0