06:56 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Türkiyədə hərbi çevriliş cəhdi (36)
10511

Rəcəb Tayyib Ərdoğan: Xalqın tələbinin qiymətləndirilməsi hər bir demokratik ölkənin haqqıdır.

BAKI, 16 iyul-Sputnik. Türkiyə ölüm cəzasını bərpa edə bilər.

Sputnik-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ölüm hökmünün bərpasının xalqın tələbi olduğunu iddia edən Ərdoğan, "xalqın tələbinin qiymətləndirilməsi hər bir demokratik ölkənin haqqıdır" — deyib.

Bundan əvvəl isə Türkiyənin Baş naziri Binali Yıldırım qiyamçılar barəsində ölüm hökmünün veriləcəyini istisna etməyib.

Ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)

Əlaqədar

Çevrilişə cəhd edən hərbçilər Yunanıstandan sığınacaq istəyirlər
Hərbi çevrilişin bütün təşkilatçıları həbs olunub
Binəli Yıldırım: "161 şəhidimiz, 1400 yaralımız var"
Bakı sakinləri türk səfirliyinin qarşısına yığışdılar
Ankara merindən sensasiyalı açıqlama
Teqlər:
Türkiyə, baş nazir Binəli Yıldırım, Rəcəb Tayyib Ərdoğan

Əsas mövzular